21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“Müstəqilliyini bərpa etdiyi gündən bəri Britaniya Azərbaycanın yanındadır”

18.10.2022

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould müstəqilliyin bərpasının 31-ci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib.

"DM" xəbər verir ki, britaniyalı diplomat "Twitter" hesabında bu barədə Azərbaycan dilində çıxış etdiyi videomüraciət yayımlayıb.

"Bu gün Azərbaycanın tarixində həqiqətən əlamətdar gündür. 31 il əvvəl bu gün Azərbaycan öz müstəqilliyini bərpa etdi. Bu gözəl ölkə 70 il SSRİ hakimiyyəti altında yaşayıb, amma buna baxmayaraq, ,öz mədəniyyəti və dəyərlərini qoruyub saxlayıb. Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən bəri Britaniya Azərbaycanın yanındadır. Son 30 ildə biz mədəniyyət, iqtisadiyyat, ətraf mühit, təhsil, enerji və bir çox digər sahələrdə əməkdaşlıq edirik. Bizim bu əməkdaşlığımız hər il genişlənir, ölkələrimiz və xalqlarımız arasında dostluq daha da güclənir. Bütün Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edirəm!”, - diplomat təbrikində bildirib.