İtaliya Ukraynaya yeni hərbi yardım göndərib
18.10.2022
İtaliya Ukraynaya yeni hərbi yardım paketi təqdim edib.
"DM" xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov Tvitter hesabında paylaşım edib.
O, İtaliya hökumətinə və müdafiə naziri Lorenzo Geriniyə yeni hərbi yardım paketinə görə təşəkkür edib:
"Bu, Rusiya təcavüzünə qarşı müdafiə qabiliyyətimizi əhəmiyyətli dərəcədə gücləndirməyə kömək edəcək”, - Reznikov bildirib.