Macarıstan hərbi yardım missiyasında iştirak etməyəcək
17.10.2022
Macarıstan Ukrayna əsgərlərinin təlimi üzrə Avropa İttifaqı Missiyasında yer almaqdan imtina edib.
"DM" TASS-a istinadən xəbər verir ki, bu barədə Macarıstan XİN rəhbəri Peter Siyarto bu barədə bəyanat verib.
O, münaqişənin daha da gərginləşə biləcəyini vurğulayıb.
"Macarıstan təlim missiyasını yaxşı ideya hesab etmir, çünki bu addım münaqişənin daha da kəskinləşməsinə aparır”, - nazir əlavə edib.