Rusiya-Belarus qoşun qruplaşması tapşırıqları yerinə yetirməyə başlayıb
17.10.2022
Rusiya-Belarus regional qoşun qruplaşması ittifaq dövlətini qorumaq üçün tapşırıqları yerinə yetirməyə başlayıb.
"DM" xəbər verir ki, bu barədə Belarusun müdafiə naziri Viktor Xrenin Minsk Traktor Zavodunun kollektivi ilə görüşündə bildirib.
"Regional qoşun qruplaşmasının özü çoxlu komponentlərdən ibarət mürəkkəb orqanizmdir. Buraya müxtəlif səviyyələrdə komandanlıq və nəzarət orqanları, qoşunlar və qüvvələr, eləcə də həm Belarus, həm də Rusiyanın müxtəlif təminat sistemləri daxildir", - deyə Belarus MN başçısı vurğulayıb.
Belarus Müdafiə Nazirliyinin yaydığı məlumata görə, ötən həftənin sonunda Rusiya hərbçilərinin olduğu ilk eşelonlar respublikaya gəlməyə başlayıb. Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi Valeri Revenko bildirib ki, regional qoşun qruplaşmasında 9000 nəfərə qədər şəxsi heyət, 170-ə yaxın tank, 200-ə yaxın zirehli döyüş maşını və 100 silah-sursat və minaatanlar olacaq.