21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“Soyuz MS-10”-un daşıyıcı pillələri tapılıb

13.10.2018

Qazaxıstanın Qaraqanda vilayətinin Ulıtau rayonunda "Soyuz MS-10” tipli beynəlxalq stansiyanın daşıyıcı pillələri tapılıb.
Kosmos vasitəsinin pillələri Jetikazqanda yerləşdirilən 1 nömrəli Rusiya bazasının qüvvələri tərəfindən aşkar edilib. Stansiyanın pillələrinin düşdüyü ərazidə səhra və meşə yanğını baş verməyib.
Fövqəladə komissiya heyətlə birlikdə "Soyuz BS-10” raketinin qəza uğramasının səbəbinin araşdırılmasını oktyabrın 20-də başa çatdıracaq.
Xatırladaq ki, "Soyuz MS-10” beynəlxalq kosmik stansiyası yeni heyətlə havaya qalxarkən daşıyıcı raketdə qəza baş vermişdi. Beynəlxalq Kosmik Stansiyaya uçmalı olan "Soyuz BS-10” raketinin ikinci pilləsinin mühərrikləri startdan sonra sönüb. Ekipaj üzvləri – Rusiya kosmonavtı Aleksey Ovçinin və NASA-nın astronavtı Nik Heyq sağ qalıblar və onlar Mi-8 vertolyotu ilə Jetikazqan şəhərinə gətirilib.
Astronavtların orbitdə 187 gün qalmaları planlaşdırılırdı. Bu vaxt ərzində Rusiya kosmonavtı "Maqnit 3D” bioprinterini sınaqdan keçirməli idi. Aleksey Ovçininin noyabrda digər rusiyalı kosmonavt Sergey Prokopyev ilə birlikdə açıq kosmosa çıxması nəzərdə tutulurdu.