Çavuşoğlu: Mirzoyanla görüşə hazıram
17.10.2022
Ermənistan xarici işlər naziri ilə görüşməyə hazıram, lakin danışıqların konkret tarixi hələ müəyyən edilməyib.
"DM" xəbər verir ki, bu barədə Çavuşoğlu İstanbulda keçirdiyi mətbuat konfransında deyib.
"Biz belə görüşə hər zaman hazırıq. Antalyada Diplomatik Forum zamanı da oxşar görüş olub. Bizim üçün problem deyil, lakin hazırda konkret tarix yoxdur", - Çavuşoğlu söyləyib.
Onun sözlərinə görə, normallaşma prosesi çərçivəsində növbəti görüşü keçirmək üçün Türkiyə və Ermənistanın xüsusi nümayəndələri təmasdadırlar.
O, həmçinin qeyd edib ki, razılıq əldə olunub, bundan sonra bu görüşlər ya Türkiyə, ya da Ermənistan ərazisində keçiriləcək.