Aİ İranın Əxlaq polisinə sanksiyalar tətbiq edib
17.10.2022
Avropa İttifaqı (Aİ) İranın 11 fiziki və 4 hüquqi şəxsinə, həmçinin İranın Əxlaq polisinə qarşı sanksiyalar tətbiq edib.
"DM" xəbər verir ki bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
"Aİ-nin İranla bağlı bütün narahatlıq doğuran məsələləri, o cümlədən insan haqlarının vəziyyəti ilə bağlı öhdəliyinə uyğun olaraq, 11 nəfər və 4 təşkilat barəsində məhdudlaşdırıcı tədbirlər tətbiq edilir”, - qeyd olunub.
Bildirilib ki, İranın Əxlaq polisinin rəhbəri də sanksiyalar tətbiq olunan şəxslər siyahısına daxil edilib.