03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Aİ Ukrayna üçün hərbi yardım missiyasının yaradılması barədə razılığa gəlib

17.10.2022

Aİ Ukrayna Silahlı Qüvvələrinə dəstək vermək üçün hərbi yardım missiyasının yaradılması barədə razılığa gəlib.

"DM" xəbər verir ki, bu gün Lüksemburqda keçirilən iclasda Aİ ölkələrinin XİN rəhbərləri Ukraynaya dəstək üçün Hərbi Yardım Missiyası (EUMAM Ukraine) yaratmağa razılaşıb.

"Missiyanın məqsədi Ukraynaya beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü müdafiə etmək, öz suverenliyini səmərəli şəkildə həyata keçirmək və mülki insanları qorumaq üçün Ukrayna Silahlı Qüvvələrinin hərbi əməliyyatları effektiv həyata keçirmək üçün hərbi qabiliyyətinin artırılmasına töhfə verməkdir”, - Aİ Şurasının yaydığı məlumatda bildirilib.

Aİ hərbi missiyası Ukrayna Ərazi Müdafiə Qüvvələrinə fərdi, kollektiv və ixtisaslaşdırılmış təlimlər keçəcək.

EUMAM Ukrayna Aİ-yə üzv dövlətlərin ərazisində fəaliyyət göstərəcək və strateji səviyyədə ümumi koordinasiyanı təmin etmək üçün Brüsseldə Aİ-nin Xarici Siyasət Fəaliyyəti Xidməti (EEAS) daxilində missiyanın Əməliyyat Qərargahı olacaq. EEAS-ın Hərbi Planlaşdırma və Əməliyyat Qabiliyyətinin (MPCC) direktoru, vitse-admiral Hervé Bléjean yeni missiyanın komandanı olacaq.

Missiyanın mandatı ilkin olaraq iki ildir və bu dövrdə ümumi xərclər üçün maliyyə məbləği 106 700 000 avro təşkil edəcək:

"Missiya üzv dövlətlərin Ukraynaya dəstək üzrə fəaliyyətini, eləcə də digər beynəlxalq tərəfdaşlarla koordinasiyanı təmin edəcək və üçüncü dövlətlərin iştirakına açıq olacaq”.