Çavuşoğlu: “Təəssüf ki, Fransa Cənubi Qafqazda obyektiv ola bilmir”
17.10.2022
"Təəssüf ki, Fransa obyektiv ola bilmir”.
"DM” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının oktyabrın 17-də İstanbulda keçirilən iclasından sonra mətbuat konfransında deyib.
"Biz də Rusiya illə Ukrayna arasında vasitəçiliyimizi davam etdiririk və ədalətli davranırıq. Amma Fransa obyektiv deyil”, - nazir bildirib.
Çavuşoğlunun deyib, Azərbaycan öz torpaqlaını azad edib: "30 il Qarabağ məsələsinin həll edilməməsinin əsas səbəi Minsk Qrupunun, o cümlədən qeyri-obyektivliyi idi”.