Latviya XİN başçısı: Aİ İrana sanksiya tətbiq etməlidir
17.10.2022
İrana sanksiya tətbiq olunmalıdır.
"DM" xəbər verir ki, bunu Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs "Twitter"də bildirib.
Onun sözlərinə görə Ukrayna xarici işlər naziri bu gün keçirilən Avropa İttifaqının Xarici İşlər Şurasının iclasına bomba sığınacağından videoformatda qatılıb.
"Görünən odur ki, Kiyevə hücumda İranın dronlarında istifadə olunur, Ukraynanın hava hücumlarında müdafiə sisteminə ehtiyacı var. Həmçinin Aİ Rusiyaya pilotsuz təyyarələr verdiyi üçün İrana sanksiya tətbiq etməlidir", Latviya XİN rəhbəri vurğulayıb.