TDT XİN Şurasının növbədənkənar iclası keçirilib
17.10.2022
İstanbulda Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası başa çatıb.
"DM"-nın verdiyi xəbərə görə, TDT-nın gündəliyində duran prioritet məsələlərlə yanaşı, 11 noyabr 2022-ci ildə Səmərqənddə keçiriləcək TDT Sammitinə hazırlıq müzakirə olunub.
İclasda Təşkilata üzv ölkələri olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın, həmçinin, müşahidəçi ölkələr Macarıstan və Türkmənistanın XİN rəhbərləri iştirak edib.