KİV: Rusiya taxıl dəhlizini bağlaya bilər
14.10.2022
Birləşmiş Millətlər Təşkilatının (BMT) qarşısına qoyulan tələblər yerinə yetirilməzsə, Rusiya taxıl dəhlizini bağlaya bilər.
"DM" "Reuters"ə istinadən xəbər verir ki, Rusiya tərəfi tələblərinin nədən ibarət olduğunu hələlik açıqlamayıb.
Bildirilib ki, tələblər yerinə yetirilməsə, Rusiya taxıl dəhlizi barədə razılaşmanın müddətinin uzadılmasına razı olmayacaq.
Rusiyanın BMT-nin Baş Qərargahındakı daimi nümayəndəsi Qennadiy Qatilovun sözlərinə görə, Kreml BMT-nin Baş katibi Antonio Quterreşə məktub təqdim edib və bütün tələbləri orada qeyd edib.
BMT rəsmilərinin taxıl dəhlizi haqda razılaşmanın müddətini uzatmaq üçün oktyabrın 16-da Moskvaya səfər etməsi gözlənilir.