Paşinyan sentyabrdakı itkilərinin sayını açıqlayıb
14.10.2022
Azərbaycanla sərhədyanı ərazidə sentyabrın 12-13-də Ermənistanın törətdiyi təxribat nəticəsində ölən erməni hərbçilərin sayı açılanıb.
"DM" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan MDB-nin toplantısında danışıb.
Onun sözlərinə görə, ölən və itkin düşən hərbçilərin sayı 210-u ötüb, 293 hərbçi isə yaralanıb.
Qeyd edək ki, Paşinyan döyüş gedən ərazilərdə erməni əsgərlərinin meyitinin hələ də qaldığını da bildirib.