Britaniyanın maliyyə naziri istefaya göndərilib
14.10.2022
Böyük Britaniyanın maliyyə naziri Kvasi Kvartenq istefaya göndərilib.
"DM" xəbər verir ki, məlumatı Britaniya mətbuatı yayıb.
Bildirilir ki, onun iqtisadi siyasəti ölkədə, o cümlədən hakim Mühafizəkarlar Partiyasında narazılıqlara səbəb olmuşdu.
Qeyd edək ki, Liz Tras sentyabrın 5-də Böyük Britaniyanın Baş naziri seçilib və yeni hökumət formalaşdırıb.
K.Kvartenq də həmin vaxt maliyyə naziri təyin olunub.