21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ekspert: Ətin qiyməti buna görə qalxır

14.10.2022

Ətin qiymətinin Azərbaycanda bahalaşmasının əsas səbəbi yem bazasının zəifləməsidir.

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli söyləyib.

O bildirib ki, yem bazası azaldıqca, yemin qiyməti qalxdıqca, təbii ki, ətin də qiyməti qalxır. Son zamanlar əkin sahələrinin genişlənməsi, texniki bitkilərin daha çox əkilməsi mal-qara üçün yem bazasını xeyli azaldıb:

"Bu da nəticədə yemin bahalaşmasına gətirib çıxarır. Bundan başqa dənli bitkilərdən ibarət yemlərin bahalaşması da müşahidə olunur. Dünyada bilirsiniz ki, dənli bitkilərin qiyməti artıb və nəticə etibarilə də dənli bitkilərdən ibarət yem qatqılarının da qiymətində xeyli artım var.

Daha bir fundamental səbəb odur ki, ölkədə hər şeyin qiyməti qalxırsa, ət istehsalçılarının öz məhsullarının qiymətini artırmamasını gözləmək düzgün deyil. Yəni onların da xərcləri artır, onlar da başqa ərzaq və qeyri-ərzaq məhsullarında artımı görür, istər istəməz öz məhsullarının da qiymətini artırırlar. Buna görə də ümumi infilasiya azalmadıqca, ümumi qiymət artımı templəri aşağı düşmədikcə, ətin də qiyməti ucuzlaşmayacaq”.