21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ekspert: Dəhlizə qarşı çıxan İran narkobaronlarıdır

14.10.2022

Düşünürəm ki, İrandakı bəzi dairələr narkotik satışı üzrə marşrut imkanları əlindən çıxdığına görə Zəngəzur məsələsini siyasiləşdirirlər. İrandan külli miqdarda sözügedən marşrut üzrə narkotik maddələrin satışı məsələsi hətta Rusiyanı da narahat edib. Bu məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinin əlində çoxlu sayda faktlar var.

Bu sözləri İranın "tarixi sərhədlər” və Ermənistana tranzit marşrutlarının dəyişdirilməsinin "qəbuledilməzliyi” haqqında yenilənmiş mövqeyini şərh edən Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Diplomat İranda müəyyən dairələrin şəxsi mənfəətlərini dövlət mənfəətindən üstün tutduğunu vurğulayıb:

"Eyni zamanda İrandan olan müxtəlif cinayətkar qruplar həmin yoldan istifadə etməklə ərazilərimiz işğal altında olan zaman orada müxtəlif enerji daşıyıcılarının satışı ilə məşğul olublar. Fikrimcə, bəhs etdiyimiz qrupların səyi nəticəsində İranın dövlət kimi mənfəətinə zidd olan məntiqsiz açıqlamalar, bəyanatlar verilir. Əsas problemlər burdadır. Çünki dünyadakı bütün ölkələr özünün tranzit imkanlarının çoxalmasında maraqlıdır. Vaxtilə İran, Rusiya və Azərbaycan prezidentləri bizim də şahidi olduğumuz görüşlərdə dəmir yolu vasitəsilə Şimal-Cənub dəhlizinin canlandırılmasına müsbət yanaşıblar. Əgər Zəngəzur dəhlizi bugünədək açılmış olsaydı, bölgənin mənzərəsi tamam fərqlənərdi. Çinin də Zəngəzur dəhlizinin və digər kommunikasiya xətlərinin açılmasında maraqlı olduğu haqqında siqnallar var. Lakin İranda bəzi qruplar öz mənfəətlərini dövlətin mənfəətlərindən üstün tutaraq Zəngəzur dəhlizini siyasi gündəmdə tutmağa çalışırlar. Azərbaycan bəhs etdiyimiz istiqamətdə əlindən gələni edir və cənab Prezident bütün ikitərəfli və çoxtərəfli görüşlərdən Zəngəzur dəhlizinin hamı üçün faydalı olduğunu göstərmək üçün istifadə edir. Əminəm ki, Astana görüşündə də İlham Əliyev dəhlizin açılmasının İranın da yararına olacağını İbrahim Rəisinin bir daha nəzərinə çatdırıb. İnanıram ki, Azərbaycan gec və ya tez Zəngəzur dəhlizinin açılmasına nail olacaq. Çünki bu, hazırki geosiyasi reallığın bizə diktə etdiyi tələbdir”.