MİT Nejdət Dağlarəri məhv edib
14.10.2022
Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK terror qruplaşmasının rəhbərliyində təmsil olunan Nejdət Dağlarər məhv edilib.
"DM" xəbər verir ki, bu barədə Türkiyənin Milli Kəşfiyyat İdarəsi məlumat yayıb.
Məlumata görə, "Geli Serhat” kod adlı terrorçu Çavres Briqadasına rəhbərlik edib.
Qeyd edək ki, Türkiyənin Jandarma Qüvvələrinin çavuşu Kürşad Sərt Van əyalətinin Çatak rayonunda terrorçularla atışmada şəhid olub