Taleh Kazımov Dünya Bankı və IMF-in illik toplantılarında iştirak edəcək
13.10.2022
Taleh Kazımov Dünya Bankı və IMF-in illik toplantılarında iştirak edəcəkTaleh Kazımov
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Amerika Birləşmiş Ştatlarına (ABŞ) işgüzar səfərə gedib.
"DM" xəbər verir ki, bu barədə T. Kazımov özünün "Twitter" hesabında yazıb.
"12-18 oktyabr tarixlərində Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (IMF) Vaşinqtonda keçiriləcək illik toplantılarında iştirak etmək üçün ABŞ-a işgüzar səfərə yola düşdük. Səfər çərçivəsində bir sıra tədbir və görüşlərdə keçiriləcək", - o qeyd edib