Şimali Koreya beynəlxalq sanksiyalardan QORXMUR
12.10.2018
Koreya Xalq Demokratik Respublikası (KXDR) öz gücü hesabına hələ 100 il də beynəlxalq sanksiyalar altında yaşamağa hazırdır.
Bu barədə Şimalı Koreyanın Kütləvi İnformasiya Vasitələrində dərc olunan yazılarda deyilir.Yazılarda ABŞ-ın Şimali Koreyaya qarşı yürütdüyü sanksiya siyasəti kəskin tənqid olunur: "Sanksiyaların 10 və ya 100 il uzanacağı əhəmiyyətsizdir. Biz istənilən çətinlikləri dəf edəcək, dünyanın ən güclü dövləti və Yerdə sosializm cənnəti olacağıq".Bununla əlaqədar KXDR vətəndaşlarına iqtisadi artıma, yerli texnologiyaların inkişafına nail olmaq üçün səyləri artırmaq çağırışı edilib."DM"