Astanada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinin Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısı çərçivəsində görüşü baş tutub.
"DM" xəbər verir ki, görüşdən əvvəl Vladimir Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı gözlədiyi görüntüləri yayılıb.
Görüntülərdə Putinin əlində kağız parçasını gözdən keçirdiyi əks olunub.