Ərdoğan: Rusiya taxılının Türkiyə vasitəsilə daşınmasında qətiyyətliyik
13.10.2022
"Biz (Taxıl daşınmasına dair - red.) İstanbul razılaşmasını gücləndirmək və qüvvədə saxlamaq, Rusiya taxılını və gübrəsini Türkiyə vasitəsilə inkişaf etməmiş ölkələrə daşımaqda qətiyyətliyik”.
"DM" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Astanada görüşü zamanı deyib.
"Taxıl dəhlizinə dair Türkiyə və Rusiyanın atacağı addımlar müəyyən dairələri narahat edəcək, digər tərəfdən isə az inkişaf etmiş ölkələri sevindirəcək”, - Ərdoğan vurğulayıb.
Ərdoğan əlavə edib ki, "Akkuyu” Atom Elektrik Stansiyasının ilk turbininin açılışı gələn ilin ilk yarısında baş tutacaq. O, "Sinop” Atom Elektrik Stansiyası ilə bağlı da addım atıla bilsə, bunun fərqli effekti olacağını vurğulayıb.