Sabiq məhkəmə sədrinin hakimlik fəaliyyətinə xitam verilib
12.10.2022
Sabunçu Rayon Məhkəməsinin hakimi Süleyman Ağayevin hakimlik səlahiyyətinə xitam verilib.
"DM" xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasının ötən gün keçirilən iclasında qərar qəbul olunub. Qərara əsasən 10 hakimin səlahiyyətinə xitam verilib.
Qeyd edək ki, hakim Süleyman Ağayev 2012-ci ildən Sabunçu Rayon Məhkəməsinin Cinayət Kollegiyasının hakimi kimi fəaliyyət göstərib.
O, son təyinata kimi İmişli Rayon Məhkəməsinin sədri olub.