Rusiyalı deputat 46 yaşında ölüb
12.10.2022
Rusiya Dövlət Dumasının deputatı Nikolay Petrunin 46 yaşında ölüb.
"DM" xəbər verir ki, bu barədə Dövlət Dumasından məlumat verilib.
"Ağır xəstəlikdən sonra Dövlət Dumasının deputatı Nikolay Petrunin vəfat etdi”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Petrunin 2016-cı ildə Tula vilayətindən Dövlət Dumasına seçilmişdi.