İranda saxlanılan 1700 etirazçı azad edilib
11.10.2022
İranda baş verən etirazlar zamanı saxlanılan 1700 nəfər azadlığa buraxılıb.
"DM" xəbər verir ki, bu barədə İran Ədliyyə Nazirliyinin sözçüsü Məsud Sitayişi məlumat verib.
Qeyd edək ki, etirazlar 22 yaşlı Məhsa Əmininin həbsdə ölməsindən sonra başlayıb.