Plastik qablara QADAĞA QOYULUR
12.10.2018
"Dövran Media” Zelv.ru-ya istinadən xəbər verir ki, Avropa Parlamentı plastik məhsulların, həmçinin qabların istifadəsinə qadağa qoyulması ilə bağlı cıxış edib.
Avropa Parlamentinin məlumatında deyilir ki, 70% dənizin zibillənməsinə səbəb olan plastik boşqablar, yeməkxana avadanlıqları və digər əşyaların qadağası Avropa Birliyi bazarlarında 2021-ci ilə planlaşdırılır. Belə əşyalar arasında yemək, desert və dondurma saxlanılan qablar da var. Bənzər qadağa tütün məhsullarının tullantılarına da tətbiq ediləcək. Mövcud təklif Avropa Parlamentinin 22-25 oktyabr tarixdə keçiriləcək plenar iclasında səsverməyə təqdim ediləcək.