Ukraynada son vəziyyət: ABŞ səfirliyinin müraciəti narahatlıq yaradıb - VİDEO
11.10.2022
Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Kiyevə raket hücumu nəticəsində ölənlərin sayının 10-u keçdiyi deyilir.
Jurnalistin sözlərinə görə, dünənki hadisədən sonra Jitomir vilayətinə və Kiyev vilayətinin şimal hissəsinə yenidən dron hücumu olub.
O da qeyd edilib ki, ABŞ səfirliyi vətəndaşlarına Ukraynadan çıxmaqla bağlı çağırış etdikdən sonra ukraynalılar arasında narahatlıq artıb.
"Müharibə başlayana qədər də ABŞ səfirliyi və Avropanın bir neçə ölkələrinin Ukraynadakı səfirlikləri vətəndaşlarını ölkəni tərk etməyə çağırmışdı. Bu çağırışdan 2-3 həftə sonra müharibə başlamışdı”, - deyə əlavə edilib.
Ölkəni tərk edənlər arasında Ukraynada çalışan əcnəbilərin daha çox olduğu vurğulanıb.
"Vağzalda da böyük sıxlıq var idi. Yanacaqdoldurma məntəqələrində növbələr yaranıb. Hətta bəziləri artıq müştəri qəbul etmirlər”, - deyə M. Aslanov bildirib.