Kreml Ərdoğan və Putinin müzakirə edəcəyi məsələləri açıqlayıb
11.10.2022
Rusiya və Türkiyə prezidentləri oktyabrın 13-də görüşəcək.
"DM"-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan Ukraynadakı vəziyyəti və Rusiya-Türkiyə ikitərəfli münasibətlərini müzakirə edəcəklər.
Qeyd edək ki, Putin-Erdoğan görüşü Qazaxıstan paytaxtı Astanada MDB ölkə başçılarının və Rusiya-Mərkəzi Asiya sammitləri çərçivəsində keçiriləcək.