Rusiya səfiri Kanada Xarici İşlər Nazirliyinə çağırılıb
11.10.2022
Rusiyanın Kanadadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Kanadanın xarici işlər naziri Melani Coli özünün "Twitter” səhifəsində yazıb.
"Putin yenidən Ukraynanın mülki infrastrukturuna və Ukrayna vətəndaşlarına hücum edib. Bu, hərbi cinayətidir. Qəzəbimizi bilavasitə bildirmək üçün Rusiyanın Kanadadakı səfirini çağırdıq”, - deyə Coli bildirib.
"Bu gün və həmişə biz Ukrayna ilə həmrəyik”, - deyə nazir vurğulayıb.