Azərbaycan və Kamboca diplomatik pasportlara malik şəxsləri viza tələbindən azad edir
11.10.2022
Azərbaycan və Kamboca qarşılıqlı olaraq diplomatik pasportlara malik şəxsləri viza tələbindən azad edir.
"DM"-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.