G7-nin növbədənkənar iclası bu gün keçiriləcək
11.10.2022
G7-nin növbədənkənar sammiti oktyabrın 11-də onlayn formatda keçiriləcək. Danışıqların mövzusu Ukrayna şəhərlərinə dünənki hücumlar olacaq.
"DM" xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb.
Bildirilir ki, iclasa Ukrayna Prezidenti Vladimir Zelenski də qatılacaq.