Yeni Zelandiya Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirib
11.10.2022
Yeni Zelandiya Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirib.
"DM"-nın BBC-yə istinadən xəbərinə görə, Yeni Zelandiya hökuməti Ukraynanın regionlarının ilhaqı ilə əlaqəli olduğunu bildirdiyi 51 Rusiya vətəndaşı və 24 rəsmi şəxsi, həmçinin iki şirkəti sanksiyalar siyahısına əlavə edib.
Yeni siyahıda "Lukoyl”un Direktorlar Şurasının və şirkətin keçmiş rəhbəri Vahid Ələkbərovun, "Qazprombank”ın Direktorlar Şurasının sədri Andrey Akimovun, "Vneşekonombank”ın sədri Sergey Qorkovun və digər iş adamlarının adları yer alıb.
"Apreldə görülən tədbirlərdən sonra Rusiya və Yeni Zelandiya arasında ticarət nəzərəçarpan dərəcədə azalıb, idxal 75% azalıb. Bu günki əlavə məhdudiyyətlər bizim Rusiya hərb maşınını maliyyələşdirməyəcəyimizə və dəstəkləməyəcəyimizə dair Rusiyaya mesajımızı daha da gücləndirəcək”, - deyə Yeni Zelandiyanın ticarət naziri Damien O’Konor bildirib.
Yeni Zelandiya xarici işlər naziri Nanaya Maxuta qeyd edib ki, sanksiya tətbiq edilənlər arasında ölkəsi ilə əlaqələri olan Aleksandr Abramov və ailəsi də var. Nazirin sözlərinə görə Abramov ailəsinə səyahət qadağası qoyulub, onların gəmilərinə və təyyarələrinə Yeni Zelandiya limanlarına və hava limanlarına giriş icazəsi verilməyəcək.