Kiyev ABŞ-dan bu qadağanın ləğvini tələb edib
11.10.2022
Kiyev Vaşinqtondan ATACMS raketlərinin tədarükünə qoyulan qadağanı aradan qaldırmağı tələb edib.
"DM" xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk ABŞ Konqresinə müraciət edib.
Kiyev hakimiyyəti ABŞ-dan onlara 300 km-ə qədər uçuş məsafəsi olan ATACMS raketlərini təhvil verməyi xahiş edib.
Bundan əlavə, Stefançuk F-15 və F-16 qırıcılarının Ukraynaya verilməsini də təklif edib