Jozep Borrel: “Aİ-dən Ukraynaya əlavə hərbi dəstək yoldadır”
10.10.2022
"XXI əsrdə belə hərəkətlər yolverilməzdir. Mən Kiyevə hücumları ən sərt şəkildə qınayıram”.
"DM"-nın məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel özünün "Twitter” hesabından bildirib.
O, Rusiyanın Kiyev və Ukraynanın digər şəhərlərində mülki şəxslərə hücumundan dərindən sarsıldığını bildirib.
"Biz Ukraynanı dəstəkləyirik. Aİ-dən əlavə hərbi dəstək yoldadır”, - deyə diplomat vurğulayıb.