Stoltenberq: NATO Ukraynanı bundan sonra da dəstəkləyəcək
10.10.2022
NATO Baş katibi Yens Stoltenberq Ukrayna XİN rəhbəri Dmitro Kuleba ilə danışıb.
"DM" xəbər verir ki, bu barədə Stoltenberq öz "Twitter" hesabında məlumat verib.
"Mən Ukrayna XİN rəhbəri ilə danışdım və Rusiyanın mülki infrastrukturu hədəf alaraq dəhşətli zərbələr endirməsini pislədim. NATO bundan sonra da mərd Ukrayna xalqını rəsmi Kremlə qarşı mübarizədə lazımı qədər dəstəkləyəcək ”, - Baş katib deyib