Rusiyanın Ukraynaya növbəti hava zərbələri buğdanın qiymətini bahalaşdırıb
10.10.2022
Bu gün Rusiyanın Ukrayna infrastruktur obyektlərinə endirdiyi aviazərbələrdən sonra buğdanın qiymətində dəyişiklik olub.
"DM” "RİA Novosti"yə istinadən xəbər verir ki, Çikaqo Fond Birjasında buğdanın qiyməti 4,4% bahalaşıb.
"Geosiyasi vəziyyətin gərginləşməsi investorların Ukraynadan buğda ixracı perspektivlərinə şübhə etməsinə səbəb olub”, - deyə məlumatda bildirilib