Yaponiyada zəlzələ olub
12.10.2018
Bu gün Yaponiyanın şimalında 4,6 bal gücündə zəlzələ baş verib.
Yaponiya Milli Meteorologiya Agentliyi xəbər verir ki, zəlzələnin episentri Hokkaydo prefekturasında, ocağı 30 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilsə də, bir neçə dəqiqə sonra ləğv olunub.
Xatırladaq ki, ötən ay Hokkaydo adasında baş vermiş 6,7 bal gücündə zəlzələ nəticəsində 44 nəfər həlak olub, 650 nəfər isə xəsarət alıb.