21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Sabiq vəkilə ağır cəza verilib

10.10.2022

Keçmiş vəkil, külli miqdarda dələduzluqda təqsirləndirilən Vüqar Səfərli barəsində məhkəmə araşdırması başa çatıb.

"Kriminalqafqaz” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub. Hökmə əsasən, V.Səfərli 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Vüqar Səfərli bir neçə vətəndaşın etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq edib. Zərərçəkənlərə dəymiş ziyanın məbləği 200 min manatdan artıqdır. V.Səfərlinin əməlindən ən çox zərər çəkən isə tanınmış bloqer Səbinə Katanovadır. Keçmiş vəkilin ona 130 min manatdan çox zərər vurduğu bildirilir.

Vüqar Səfərli bir müddət əvvəl Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.