Güc Asiyaya keçəcək, Avropa viran qalacaq
10.10.2022
ABŞ-ın enerji şirkətləri zənginləşmək üçün müharibədən istifadə edir, yüksək qiymətlər isə istehsal xərclərini artırır və AB iqtisadiyyatına birbaşa zərbə vurur.
"DM" xəbər verir ki, bunu Çinin Renmin Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Van İvey deyib.
Onun sözlərinə görə, gələcəkdə istehsal Avropa regionundan Asiya və Amerikaya transfer olacaq ki, bu da Avropanın viran olmasına gətirib çıxaracaq.
Ekspert qeyd edib ki, uzunmüddətli perspektivdə avropalıların həyatına milli gücün zəifləməsi və yüksək borclar təsir göstərəcək.