Dünyanın ən bahalı qırıcılarının uçuşları dayandırıldı
11.10.2018
Pentaqon beşinci nəsil F-35 qırıcılarının uçuşlarının dayandırılması haqqında göstəriş verib.
"Dövran Media" xəbər verir ki, səbəblərdən biri kimi təyyarələrin yanacaq sistemində nasazlığın mümkünlüyü göstərilir.
Bu üzdən də ABŞ ordusunda olan, habelə digər orduların istifadəsində olan F-35 qırıcılarının hamısı yoxlanılacaq.
Yoxlanmanın 1-2 günə yekunlaşacağı bildirilir.
Qeyd edək ki, müvafiq qərarın qəbuluna sentyabrın 28-də ABŞ-da F-35B qırıcısının qəzaya uğraması səbəb olub.
Lockheed Martin F-35 Lightning II qırıcılarının yaradılması proqramı silah istehsalı tarixinə ən bahalı proqram kimi düşüb. ABŞ bu proqramın icrasına 1,5 trilyon dollar vəsait xərcləyib.