21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Praqada sülh gündəmi – Rus mediası “narazıdır”

07.10.2022

Praqada baş tutan danışıqlar, əldə edilmiş bəzi razılaşmalar bölgəmizdə dayanıqlı və ədalətli sülhün, Azərbaycanla Ermənistan arasında, o cümlədən Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün, kövrək də olsa, ümidlər yaradır. Amma dünən axşamdan Rusiya TV kanallarında, mətbuatında açıq-aşkar bu anlaşmaları sual altına qoyan bəyanatlar səsləndirilir – müstəsna həyasızlıqla deyirlər ki, bu məsələdə həlledici rol, tərəflərə yeganə təsir edə biləcək güc Kremldir və rəsmi Moskvanın birbaşa iştirakı olmadan bölgədə sülh mümkün deyil.

"DM" xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, bu səbəbdən sərhəddə, bölgədə yeni təxribatlara hazır olmaq lazımdır:

"Cənubi Qafqazda sülh istəməyən ən böyük maneə Rusiyadır, dayanıqlı, özü də Qərbin moderatorluğu ilə yarana biləcək sülh Kremli sakit qoymayacaq, çünki bütün məsələlərin köklü həlli Moskvanın regiona təsir rıçaqlarını azalda bilər – bu isə 18-ci əsrin İmperiya modelini 21-ci əsrdə özünün ideologiyası və davranış qaydası elan etmiş Rusiya üçün əsrlərdir qurduğu primitiv "oyun qaydalarının” pozulması demək olar”.