İran polisi Zahidanda 7 uşağı GÜLLƏLƏYİB
07.10.2022
İranın hüquq-müdafiə təşkilatları təhlükəsizlik qüvvələrinin Zahidan şəhərinin Məkki məscidində namaz qılanlara atəş açması zamanı azı 91 nəfərin öldüyünü, onların arasında 7 uşağın da olduğunu təsdiqləyib.
"Azad iran” "Telegram” kanalı xəbər verir ki, məlumatda öldürülən uşaqlar arasında ən kiçiyinin 2 yaşlı Mirşikar, ən böyüyünün isə 16 yaşlı Məhəmməd İqbal Şahnəvazi olduqları bildirilir.
Bu barədə xəbərlərin təsdiq olunmasından sonra, Zahidan şəhərinin cümə imamı Möləvi Əbdülhəmid bəluç tayfa başçıları ilə keçirdiyi görüşdə hökumətin rəsmi məlumatlarının həqiqəti əks etdirmədiyini söyləyib.
O, rəsmilərin etirazçılar arasında "Ceyşül Ədl” silahlı qruplaşma üzvlərinin olduğu barədə iddialarını əsassız adlandırıb.