Şagirdin döyüldüyü məktəbə yeni direktor təyin edilib
07.10.2022
Bakıda şagirdin döyüldüyü məktəbin direktoru vəzifəsinə Rövşən Məmməd oğlu Qasımov təyin olunub.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
"Bakı şəhəri 112 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Lətifə Mustafayeva həmin məktəbin direktoru vəzifəsi üzrə əmək funksiyalarını müvəqqəti icra edirdi. Məktəbin şagirdləri arasında baş vermiş insident ilə bağlı aparılan araşdırma çərçivəsində məktəbin direktoru vəzifəsinin müvəqqəti icrası Rövşən Məmməd oğlu Qasımova həvalə edilib. Lətifə Mustafayeva həmin məktəbdə direktor müavini vəzifəsini yerinə yetirir”, - İdarədən bildirilib.
Qeyd edilib ki, Rövşən Qasımov bundan öncə 322 nömrəli məktəbin direktoru vəzifəsində çalışıb.