Bayden nüvə silahının istifadəsi ilə bağlı danışıb: “Putin zarafat etmir”
07.10.2022
ABŞ Prezidenti Co Bayden bildirib ki, nüvə silahından istifadə bütün dünya üçün "Armageddon”la bitə bilər.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Baydenin sözlərinə görə, dünya 1962-ci ildə Karib böhranından sonra ilk dəfədir ki, nüvə silahının istifadəsi ilə bağlı birbaşa təhlükə ilə üzləşir. O qeyd edib ki, vəziyyət hazırda getdiyi istiqamətdə inkişaf edərsə, bu, həqiqətən də, mümkündür.