İtaliyalı qadınlar saçlarını kəsərək İran səfirliyinə göndəriblər
06.10.2022
İtaliyada qadınlar İrandakı etirazlara fərqli formada reaksiya veriblər.
"Azad İran” "Telegram” kanalı xəbər verir ki, "Leine” televiziya proqramında qadınlara çağırış edilib.
Onlardan saçlarının bir hissəsini kəsib zərfə qoyaraq İran İslam Respublikasının Romadakı səfirliyinə göndərmələri, daha sonra videolarını "Qadın, həyat, azadlıq” həştəqi ilə dərc etmələri istənilib.
İtaliyalı qadınlar çağırışa səs verərək, saçlarını kəsib səfirliyə göndəriblər və bununla bağlı sosial şəbəkələrdə paylaşım ediblər.