Polis işdən qovulduğu üçün arvadını, uşağını və daha 36 nəfəri öldürüb
06.10.2022
Tailandın şimal-şərqində uşaq inkişaf mərkəzinə silahlı hücum nəticəsində azı 34 nəfər həlak olub.
"DM" xəbər verir ki, bu barədə Tailand mediası məlumat yayıb.
"Ölənlərin 22-si uşaqdır. Hadisəni törədən şəxs qaçmağa nail olub. Onun dövlət qulluğundan qovulmasından narazı qalan keçmiş polis əməkdaşı olduğu üzə çıxıb. Hüquq-mühafizə orqanları atəş açan şəxsin axtarışı üçün tədbirlər görür”, - məlumatda deyilir.
***
Tailandda atışma nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb.
Onlardan 22-si uşaq - 19-u oğlan və 3-ü qızdır. 12 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bildirilib ki, hadisə yerindən qaçan təqaüddə olan polis serjantı evinə gedərək, arvadını və uşağını da güllələyib, sonra isə intihar edib.