Ermənistan orduya əlavə 4,4 milyon dollar ayırıb
06.10.2022
Ermənistan Müdafiə Nazirliyi gözlənilməz xərclərə görə büdcədən 1 milyard 805 milyon dram (təxminən 4,4 milyon dollar) əlavə vəsait alacaq.
"DM" xəbər verir ki, müvafiq qərar hökumətin iclasında qəbul edilib.
"Cari fəaliyyətin təmin edilməsi üçün ilkin əhəmiyyət kəsb edən gözlənilməz xərclərlə əlaqədar vəsaitlərin ayrılmasına ehtiyac yaranıb”, - məlumatda deyilir.
Qeyd edək ki, Ermənistanın 2022-ci il üçün müdafiə büdcəsi 11% artaraq, təxminən 345 milyard dram (indiki məzənnə ilə 850 milyon dollar) müəyyən edilib.