Kosmodromda QƏZA
11.10.2018
Qazaxıstanın Baykonur kosmodromunda "Soyuz MS-10” raket-daşıyıcısının buraxılışı zamanı qəza baş verib.
Verilən məlumatına görə, qəza ilə əlaqədar Beynəlxalq Kosmik Stansiyaya göndərilən kapsul geri qaytarılıb.
Raketdaşıyıcı stansiyaya rusiyalı kosmonavt Aleksey Ovçini və amerikalı Nik Heyqi çatdırmalı idi.
Onlar artıq yerə çatıblar. Kosmonavtların xəsarət almadığı deyilir.
Hazırda qəzanın səbəbləri araşdırılır.