Mikayıl Cabbarov rusiyalı nazirlə görüşüb
05.10.2022
İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovla görüşüb
Bu barədə o, özünün "Facebook” səhifəsində məlumat yayıb:
"Ölkələrimiz arasında ticarət əlaqələrinin genişləndirilməsi, iqtisadi əməkdaşlıq çərçivəsində klasterlərin yaradılması, Azərbaycan-Rusiya regionlararası forumunun keçirilməsi və iqtisadi zonalar üzrə tərəfdaşlığın təşviqi barədə müzakirələr apardıq”.