XTQ Türkiyədə, Hulusi Akar Bakıda – Hədəf budur!
05.10.2022
Hulusi Akarın Bakıya səfəri bir neçə kontekstdə diqqət çəkir:
- Son sərhəd toqquşmasından sonra Ermənistan yeni hücuma hazırlaşdığını gizlətmir: bu ölkənin Baş Qərargah rəisinin müavini hücumla bağlı əmr aldıqlarını açıqladı;
- Etirazların yaşandığı İran diqqəti Azərbaycan üzərində fokuslayır və Tehranda Azərbaycanın Ermənistanla dövlət sərhədini bərpa etmək istəyinə qarşı mümkün müdaxilə ssenarilərinin nəzərdən keçirildiyi də istisna deyil;
- Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Türkiyədə "Bordobərəlilər”lə birgə təlimlərə başlayıb (4-14 oktyabr).
Adətən təlimləri iki ölkənin hərbi rəhbərliyi birgə izləyir, lakin bu dəfə XTQ-nin Türkiyəyə, Türkiyənin hərbi rəhbərliyinin Azərbaycana gəlişi maraqlıdır:
1. İki ölkə mümkün risklərə qarşı birgə plan üzərində işləyir;
2. Ermənistanın gözlənilən təxribatına əks-cavab əməliyyatı istisna deyil.
Akarın nümayəndə heyəti ilə Bakıya gəlişi dövlət sərhədinin bərpası üçün praktiki addımların atılması zərurəti yaranacağı təqdirdə üçüncü tərəflərin mümkün müdaxilə riskinə qarşı çəkindirici mesaj xarakteri də daşıyır: üçüncü tərəf kimi daha çox İran aktivlik nümayiş etdirir, o cümlədən, Fransanın da Ermənistana hərbi dəstək verməsi gözləntiləri var;