Trass: Kiyev sülh təkliflərinə qulaq asmamalıdır
05.10.2022
Bir sıra ərazilərdən imtina etməsi müqabilində Ukraynada sülhün bərpa olunması təkliflərinə Kiyev qulaq asmamalıdır.
"DM" xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Baş naziri Liz Trass deyib.
"Ukrayna xalqı təkcə öz təhlükəsizliyi üçün deyil, bizim təhlükəsizliyimiz üçün mübarizə aparır. Bu, bütün dünyada azadlıq və demokratiya uğrunda mübarizədir. Biz Ukrayna torpaqları müqabilində sövdələşmə istəyənlərə təslim olmamalıyıq. Sülh illüziyasının əvəzini Ukraynaya həyatı ilə ödəməyi təklif edirlər. Biz nə qədər lazımdırsa, ukraynalı dostlarımızı dəstəkləyəcəyik. Ukrayna qalib gələ bilər. Ukrayna qalib gəlməlidir. Və Ukrayna qalib gələcək”, - Trass bildirib.